Главная > İdman > Masallı futbolçuları zona birinciliyinin qalibidir

Masallı futbolçuları zona birinciliyinin qalibidir


15-04-2022, 08:15. Разместил: admin44

“UGİŞM” komandası respublika birinciliyinə vəsiqə qazanıb

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü oğlan idmançılar arasında mini-futbol idman növü üzrə zona birinciliyi keçirilib.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (UGİŞM) direktoru Əlifağa Yaqubov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayevə müsahibəsində bildirib ki, turnirin keçirilməsində məqsəd Ümumilli Liderimizin xatirəsini əbədiləşdirmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların idmana olan marağının artırılması və perspektivli futbolçuların aşkarlanmasından ibarətdir.

Masallı şəhərindəki “Viləş” mini-futbol stadionunda təşkil olunan yarışlara  Masallı futbolçuları ilə yanaşı Lənkəran, Astara, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala və Səlyan rayonlarının idmançıları da qatılıblar.
Gərgin mübarizə şəraitində keçən turnirin finalına yüksələn Masallı UGİŞM-nin futbolçuları həlledici oyunda Cəlilabad məktəblilərinə 2:0 hesabı ilə üstün gələrək zona birinciliyinin qalibi olublar.

Lənkəran futbolçuları isə üçüncü yerə layiq görülüblər.

Mükafatçılar “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq diplomları ilə mükafatlanıb.

Məlumat üçün bildirək ki, Masallı futbolçularınıı yarışlara məşqçilər Rövşən Süleymanov və Bəhruz Rəhimov hazırlayıblar.
Masallı “UGİŞM” futbol komandası və cəlilabadlı idmançılar bu ilin may ayında 12 komandanın iştirakı ilə keçiriləcək respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıblar.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад