Главная > İdman / Manşet > Masallıda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi

Masallıda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi


15-04-2022, 22:04. Разместил: admin44

Masallıda  “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.

15 aprel 2022-ci il tarixində Masallı  rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı şəhər İntiqam Əsgərli adına 3 saylı tam orta məktəbin idman meydançasında  Rayon tam orta  ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
 
Qeyd edək ki, çağırışçı gəncləri Vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini artırmaq, “VMH” poliatlon çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, rayon çempionunu müəyyən etmək və zona mərhələsində iştirakını təmin etmək məqsədilə keçirilən yarışda rayonun 13 tam orta məktəbindən 65 məktəbli iştirak etdi.

4 növçülük üzrə (100 metr və 2000 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atmaq) keçirilən yarışın sonunda ən yüksək xal toplayan komandalardan Çaxırlı kənd tam orta məktəbin komandası birinci yerə, Bədəlan kənd tam orta məktəbin komandası ikinci yerə, Ərkivan qsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin və Şəhər 3 saylı İ.Əsgərli adına tam orta məktəbin  komandası müvafiq olaraq  isə üçüncü yerə layiq görülüb.Yarışda Ərkivan qəsəbə Ə.Bağırov adına 4 saylı tam orta məktəbin , B.Şiriyev adına Mollaoba kənd tam orta məktəbin , Öncəqala kənd tam orta məktəbin komandası və Təzə Alvadı 2 saylı kənd tam orta məktəbin komandası fərqləndiyinə görə diplomla mükafatlandırıldı.

Qalib komandalar Masallı  rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.







"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад