Главная > İdman > Masallıda Boks idman növü üzrə rayon birinciliyi

Masallıda Boks idman növü üzrə rayon birinciliyi


29-04-2022, 18:56. Разместил: admin44

Masallıda Boks idman növü üzrə rayon birinciliyinə yekun vuruldu
         
28-29 aprel 2022-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında boks idman növü üzrə Masallı rayon birinciliyinə yekun vuruldu.
     
Mükafatlandırlıma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək yarışda iştrak edən hər bir idmançıya uğurlar arzulamış və qalibləri təbrik edərək yarışın keçirilməsində əsas məqsədin Ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması və Rayonda boks idman növünə olan marağın artırılmasından ibarət olduğunu bildirdi.
     
Qeyd edək ki, 70 nəfərə yaxın idmançının iştrakı ilə iki gün davam edən birincilikdə  11 çəki dərəcəsində idmançılar mübarizə aparmışlar.
       
Birincilikdə  qalib gələn idmançılar Masallı rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunmuşlar.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад