Главная > İdman > Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi

Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi


3-05-2022, 14:10. Разместил: admin44

Masallıda Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi keçirilib
         
02 may 2022-ci il tarixdə Mollaoba kənd tam orta məktəbinin idman zalında Masallı rayon Gənclər və İdman idarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı  nümayəndəliyinin dəstəyi   ilə Ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında  yunan-roma  güləş idman növü üzrə rayon birinciliyi keçirilib.
       
10 çəki dərəcəsində 80 nəfərə yaxın idmançının iştrakı ilə təşkil edilən yarışın əsas məqsədi ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması və Rayonda Yunan-Roma güləşinə olan marağı dahada artırmaqdan ibarət olmuşdur.
     
Birincilikdə qalib gəlmiş idmançılar təşkilatçılar tərəfindən  diplom və medallarla təltif olunub.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад