Главная > İdman / Manşet > Masallının 5 futbol komandası Pley-off mərhələsində

Masallının 5 futbol komandası Pley-off mərhələsində


3-05-2022, 14:13. Разместил: admin44

“UGİŞM” və “Azad FK” 3 yaş qrupu üzrə fərqlənib

2021/2022-ci il mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən 10, 11, 13 yaşadək keçirilən zona yarışlarını Masallı futbolçuları uğurlu nəticələrlə başa vurublar.
“Azad FK” (Cəlilabad zonası üzrə) U-10 liqasında, “UGİŞM” isə (Lənkəran və Cəlilabad zonası üzrə) U-10, U-11 və U-13 liqasında rəqiblərindən fərqləniblər.

Beləliklə, Masallının 5 futbol komandası növbəti Pley-off mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev bildirir ki, “UGİŞM” komandasını yarışlara baş məşqçi Rövşən Süleymanov, məşqçi Bəhruz Rəhimov, “Azad” futbol klubunu isə yarışlara baş məşqçi Bəxtiyar Mehrəliyev və məşqçi Rüstəm Babayev hazırlayıb.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, onların ustalığının yüksəldilməsi ilə klublara hazırlanması və yığma komandalara cəlb olunmasıdır.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад