Главная > İdman > Masallı idmançılarının növbəti uğuru

Masallı idmançılarının növbəti uğuru


19-05-2022, 20:00. Разместил: admin44

Masallı idmançıları Zona birinciliyində 2 qızıl 3 bürünc medal qazandı

Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Sabirabad rayonunda Yunan-Roma  güləşi üzrə (U-15 2007-2008-ci il təvəllüdlü idmançılar) yeniyetmələr  arasında Zona birinciliyi keçirilmişdir.

Birincilikdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin Yunan-Roma güləşi idman növü üzrə məşqçi-müəllimi Qismət Əkbərovun yetirmələri Elmin Abuşov (38 kq) I yerə, Əmrah Əmrahov (44 kq) I yerə, Əlinihad Bağıyev (44 kq) III yerə, Nicat Tahirov (48 kq) III yerə, Ülvi Dadaşov (57 kq) III yerə layiq görülmüşlər.

Qeyd edək ki , 5 idmançımız Azərbaycan Çempionatına lisenziyanı təmin etmişdir.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад