Главная > İdman > Qrup lideri “Ərkivan” (Masallı) FK-nın səfərdə növbəti qələbəsi

Qrup lideri “Ərkivan” (Masallı) FK-nın səfərdə növbəti qələbəsi


23-05-2022, 19:58. Разместил: admin44

“Ərkivan” (Masallı) futbol komandası AFFA-nın həvəskarlar liqasında dördüncü inamlı qələbəsini qazanıb.
Azərbaycan çempionatının həvəskarlar liqasında dördüncü turun görüşü mayın 22-də, Bakı şəhərindəki “ASK Arena”da baş tutub. Masallı təmsilçiləri “ROFM” (Bakı) ilə qarşılaşıb.
   
ilk hissəni 2 top fərqi ilə məğlub başa vuran masallılar ikinci yarımhissədə tam üstünlüyü ələ almağı bacarıblar. Əflatun Məmmədovun rəqib qapısından keçirdiyi 4 top “Ərkivan”a növbəti qələbə sevincini yaşadıb.

Beləliklə, “Ərkivan” FK Bakı futbolçuları üzərində 4:2 hesabi ilə qalib gələrək “B” qrupunda 12 xalla liderliyini qoruyur.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад