Главная > İdman > Şahmat idman növü üzrə yarış

Şahmat idman növü üzrə yarış


28-05-2022, 16:00. Разместил: admin44

“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin və Masallı rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Uşaq-Gənclər İdman Şahmat Məktəbində 28 May Müstəqillik Gününə həsr olunmuş Uşaqlar, Yeniyetmələr və Gənclər arasında Şahmat idman növü üzrə yarışa yekun vuruldu.

Mükafatlandırılma mərasimində “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin Metodisti Tural Sadıqov və Sosial İctimai-İnkişaf üzrə dərnək Rəhbəri Fərid Hüseynov, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin baş təlimatçısı Famil Fərmanlı çıxış edərək yarışın keçirilməsində əsas məqsədin Gənclərin asudə vaxtlarının səmərəli təşkil etmək, onların idmana marağını artırmaq eləcə də daha güclü uşaqları seçib rayon və respublika birinciliklərinə çıxarmaqdır.

Yarış iştirakçılarının sayından asılı olaraq İsveçrə sistemi üzrə 5 yaş qurupu (8;10;12;14 16) və 7 turdan ibarət turnirə 70 dən çox iştirakçı qatılıb.

Yarışların baş hakimi, UGİŞM-in baş təlimatçısı Famil Fərmanlı olmuşdur.

5 yaşqurupu üzrə l, ll və lll yerə layiq görülmüş idmançılar “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən diplomlarla və medallarla mükafatlandırıldı.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад