Главная > İdman > Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında idman yarışları

Müstəqillik Gününə həsr olunmuş məktəblilər arasında idman yarışları


28-05-2022, 16:30. Разместил: admin44

Masallı rayonunda 28 May - Müstəqillik Günü ilə əlaqədar məktəblilər arasında idman yarışlarına yekun vurulub.
Rayon Usaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən yarışlarda 800-ə yaxın məktəbli beş idman novü – şahmat, futbol, volleybol, yunan-Roma güləşi və stolüstü tennis üzrə qüvvəsini sınayıb.

Yarışların açılış mərasimində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Masallı Rayon Usaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov Müstəqillik Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb, yarışların keçirilməsində məqsədin rayonda idmana olan marağı artırmaq, perspektivli idmançıları aşkar etməklə məktəbin yığma komandasının tərkibini müəyyən etməkdən ibarət olduğunu bildirib.
Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, rayon məktəblilərinin nailiyyətlərindən danışan Ə.Yaqubov yarış iştirakçılarına uğurlar arzulayıb.

Beş gün (23-27 may) davam edən yarışlarda məktəbli oğlan və qızlar komanda (futbol, voleybol), müvafiq yaş qrupu (şahmat, stolüstü tennis) və şəxsi (yunan-Roma güləşi) birincilik üzrə mübarizə aparıblar.
Turnirin qalibləri UGİŞM tərəfindən diplom və medallarla mükafatlandırılıb.


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад