Главная > İdman > Masllıda 2005-2006-cı il təvəllüdlü voleybolçu oğlanlar arasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş açıq rayon turnirinə yekun vuruldu
Masllıda 2005-2006-cı il təvəllüdlü voleybolçu oğlanlar arasında 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş açıq rayon turnirinə yekun vuruldu8-06-2022, 19:07. Разместил: admin44 |
6-7 iyun 2022-ci il tarixlərdə Masallı Olimpiya Kompleksində Azərbaycan Voleybol Federasiyası , Masallı rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Partiyasının Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə 2005-2006-cı il təvəllüdlü voleybolçu oğlanlar arasında 15 iyun- “Milli Qurtuluş Günü” nə həsr olunmuş açıq rayon turnirinə yekun vuruldu Xatırladaq ki, dairəvi sistem üzrə təşkil olunan turnirdə 4 komanda- “Masallı”, “Bakı”, “Sumqayıt” və “Cəlilabad” voleybol komandaları mübarizə aparıb. Turnirin mükafatlandırılma mərasiminda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Azərbaycan Voleybol Federasiyası nümayəndəsi Yaqub Rəsulov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov iştrak etmişlər. Yekun nəticəyə əsasən turnirin qalibi “Bakı” , ikinci yerə “Cəlilabad” üçüncü yerlərə müvafiq olaraq “Masallı” və “Sumqayıt” voleybol komandaları layiq görülmüşlər. Qalib komandalara təşkilatçılar tərəfindən kubok ,diplom, medal və hədiyyələr təqdim olunub Qeyd edək ki, Azərbaycan Voleybol Federasiyası nümayəndəsi Yaqub Rəsulov Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanla mükafatlandırıldı. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |