Главная > İdman > Güləş üzrə ilk U-15 ölkə çempionatının qalibləri sırasında Masallılı da var
Güləş üzrə ilk U-15 ölkə çempionatının qalibləri sırasında Masallılı da var10-06-2022, 20:57. Разместил: admin44 |
10 iyun 2022-ci il tarixdə də Bakının Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatı davam edir. Burada keçirilən güləş üzrə U-15 Azərbaycan çempionatının üçüncü günündə beş çəkidə qaliblər müəyyənləşib. Məlumat üçün bildirək ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə beş çəkidə qaliblər müəyyənləşib. Şağan Olimpiya İdman Kompleksində güləş üzrə ilk U-15 Azərbaycan çempionatının qalibləri sırasında Masallıdan olan 44 kiloqram çəki dərəcəsində Əmrah Əmrahov da vardır. Həmyerlimizlə bərabər yerdə qalan yerlərin qalibləri belə müəyyənləşib: Əli Sucayev (38 kq, Sumqayıt-Təhsil), Ayxan Cavadov (52 kq, Abşeron), Cavad Məmmədov (62 kq, UGİM-9), Orxan Hacıyev (75 kq. Spartak-Lənkəran). Qeyd edək ki, iyunun 10-da son beş çəkidə qaliblərin adına aydınlıq gələcək. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |