Главная > İdman > Güləşçimiz Ruzananın növbəti uğuru

Güləşçimiz Ruzananın növbəti uğuru


16-06-2022, 21:01. Разместил: admin44

Masallıdan olan güləşçi Avropa çempionu oldu

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatında sərbəst güləşçilər arasında qitə çempionatında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova uğurlu nəticələrlə azarkeşlərini sevindirib. Belə ki, 16 yaşlı idmançımız 1/8 finalda İspaniyalı Kandela Giraldes Markesə, 1/4 finalda Rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə, yarımfinalda isə Türkiyəli Şevval Çayıra 8:5 hesabıyla qalib gələrək finala yüksəlib. Ruzanna Məmmədova final mərhələsində Fabiana Rinellaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.

Qeyd etmək istərdik ki, ötən çepionatdan sonra idmançı Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədovla görüşmüş və rayon rəhbərinə növbəti mərhələdə avropa çempionu olacağına söz vermişdir. Rayon rəhbəri də öz növbəsində ona inandığını bildirərək növbəti çempionatda Ruzanna xanıma uğurlar arzu etmiş və rayona avropa çempionatının qızıl medalını gətirəcəyinə əminliyini ifadə etmişdir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад