Главная > İdman > Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb

Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb


8-01-2018, 19:26. Разместил: yeni321
Qərargah: Alpinistlərin hərəkət marşrutu və ehtimal olunan digər ərazilər yoxlanılıb

“Gilavar” idman klubunun Quba rayonunda dağlıq ərazidə itkin düşmüş üç üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatovun, 1990-cı il təvəllüdlü Babur Hüseynovun və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları yanvarın 8-də davam edib.
Alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahından bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak ediblər.
Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.шаблоны для dle 11.2
Вернуться назад