Главная > İdman > Masallıda Cənub bölgəsi üzrə Cüdo Təlim-Məşq Bazasının açılışı olub

Masallıda Cənub bölgəsi üzrə Cüdo Təlim-Məşq Bazasının açılışı olub


11-01-2018, 22:09. Разместил: yeni321
 

Masallıda Cənub bölgəsi üzrə Cüdo Təlim-Məşq Bazasının açılışı olub


Regionlarda cüdo idman növünün kütləviliyi və inkişaf etdirilməsi Azərbaycan Cüdo Federasiyasının qarşısında duran əsas məsələlərdən biridir. Bu vaxtacan Federasiyanın dəstəyi ilə bir neçə bölgədə yeni yaradılan cüdo zalları standartlara uyğun tatamilər və ləvazimatlarla təchiz edilib, mərkəzlərə yerli mütəxəssislər və məşqçilər cəlb edilib. 

Respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizəyə qatılıblar. 

Yanvarın 11-də Azərbaycan Cüdo Federasiyasının rəsmiləri ölkəmizin cənub bölgəsinə səfər edərək cüdonun Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında inkişafı ilə bağlı yerli idman ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar. Federasiya nümayəndələri bu rayonlarda fəaliyyət göstərən cüdo zallarındakı şəraitlə yaxından tanış olub, idmançıların məşq prosesini izləyiblər. 

Sonra Masallı rayonunda ACF-nin Cənub bölgəsi üzrə Cüdo Təlim-Məşq Bazasının açılışı olub.

Masallı RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev tədbir iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayıb, bu günü cənub bölgəsinin idman ictimaiyyəti üçün əlamətar hadisə kimi səciyyələndirib.  

ACF-nin “Regionlarda cüdonun inkişafı” sektorunun müdiri Tərlan Poladov, federasiyanın məsul işçiləri Sahib İsmayılov, Şamil Əliyev cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən, regionlarımızda bu idman növünün inkişafına xüsusi önəm verildiyindən söhbət açıblar

Federasiyanın cənub bölgəsi üzrə kuratoru, Əməkdar məşqçi Xanağa Quliyev ölkə rəhbəri, MOK-un prezidenti cənab İlham Əliyev başda olmaqla ACF-nin Prezidenti Rövnəq Abdullayevə, federasiyanın bütün əməkdaşlarına, rayon rəhbərliyinə paytaxtla yanaşı regionlarda da dövlət səviyyəsində idmana göstərilən diqqət və dəstəyə görə minnətdarlıq bildirib. 

Masallı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şaban Əliyev, UGİM-nin direktoru Elxan Kərimov yeni açılan təlim mərkəzinin cüdoçular üçün beynəlxalq yarışlarda daha böyük uğurlar qazanmalarından ötrü zəmin yaratdığını vurğulayıblar.

Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. 

Sonra cüdo zalı yeniyetmə atletlərin istifadəsinə verilib. Bu zalda cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər. 

Qeyd edək ki, Masallı Cüdo Təlim-Məşq Bazasında bu idman növü üzrə bölgə yarışları da keçiriləcək, qalib və mükafatçılar respublika çempionatlarına vəsiqə qazanacaqlar.

 




 


 

  “Yeni həyat”,
  
 www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад