Главная > İdman > Qolu sınsa da, ayağından zədə alsa da gimnastikaya olan həvəsi ölməyib
Qolu sınsa da, ayağından zədə alsa da gimnastikaya olan həvəsi ölməyib13-01-2018, 15:46. Разместил: yeni321 |
![]() Qolu sınsa da, ayağından zədə alsa da gimnastikaya olan həvəsi ölməyib Masallı rayonunun Həsənli kənd sakini Günay Nuriyeva çətin gimnastik hərəkətləri asanlıqla yerinə yetirir. Günay Nuriyeva beş yaşına kimi sümüklərində olan boşluqlar səbəbindən hərəkət edə bilməyib. Danışığında da qüsurları olan G.Nuriyeva beş yaşından bu bacarığı ilə fərqlənməyə başlayıb. ![]() Əvvəlcə ev şəraitində gimnastik hərəkətlər edən Günayı valideynləri sonradan paytaxta gətirib. Beləliklə o, Bakıda bədii-gimnastika üzrə məşqlərə başlayıb. Hazırlıq çərçivəsində bir neçə yarışda iştirak edərək nailiyyətlər də qazanıb. Sonradan qolunun sınması və ayağından aldığı zədələr səbəbindən məşqlərə fasilə verib. Amma, bu da onun gimnastikaya olan həvəsini yarımçıq qoymayıb. ![]() Gənc gimnast hazırda iki aydır ki, valideynləri ilə birgə Masallı rayonunun Həsənli kəndində məşqlərini ev şəraitində fərdi qaydada davam etdirir. Anası Səmayə Nuriyevanın sözlərinə görə, Günayın gimnastika ilə peşəkar şəkildə məşğul olmağa əlverişli şərait yaradılarsa, o, daha böyük uğurlar qazana bilər. AZƏRTAC. Вернуться назад |