Главная > İdman > Masallı idmançısı dünyada III oldu

Masallı idmançısı dünyada III oldu


6-08-2022, 18:02. Разместил: admin44

Azərbaycan Boccia Federasiyanın vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmovun rəhbərliyi altında Hollandiyada yarışda olan idmançılar "Veldhoven 2022 Dünya Boccia Çempionatı"nda yüksək nəticələrlə qələbə qazandı!

Fərdi oyunlar yekunlaşaraq idmançılar 4 medal qazanaraq ölkəmizin bayrağını 26 ölkə arasından yüksəltdilər və himnimizi səsləndirdilər.

Belə ki, bəylər üzrə BC-4 kateqoriyalı atlet Xəyal İslamov - qızıl medal, Masallı rayon Viləş kəndindən olan BC-4 kateqoriyalı atlet Bəhruz Mirzəyev bürünc medal, xanımlar üzrə: isə BC-2 kateqoriyalı atlet Sona Ağayeva bürünc medal, BC-4 kateqoriyalı atlet Nərmin Ağayeva bürünc medal qazanmışdır.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад