Главная > İdman > Masallı idmançısı Polşada qızıl medel qazandı

Masallı idmançısı Polşada qızıl medel qazandı


27-08-2022, 16:47. Разместил: admin44

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında Polşanın Poznan şəhərində keçirilən qitələrarası çempionatında uğurlu nəticələr göstərirlər. Millimiz turnirə 6 idmançı ilə qatılıb.

Paralimpiyaçımız Bəhruz Mirzəyev "World Challenge" kubokunda bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına sahiblənib.

Bu yarışdan öncə isə Bəhruz Mirzəyev (BC4) Niderlandın Veldhoven şəhərində keçirilən “Intercontinental Challenger” turnirində 3-cü yerə layiq görülmüşdü.

Qeyd edək ki, hər iki yarış Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад