Главная > İdman > Masallı taekvondoçularının uğuru

Masallı taekvondoçularının uğuru


26-09-2022, 16:57. Разместил: admin44

Masallı taekvondoçuları açıq rayon birinciliyində 3 qızıl, 5 gümüş, 3 bürünc medal qazanmışlar.

Ağsu rayonunda keçirilən  27 sentyabr - Anım gününə həsr olunmuş taekvondo idman növü üzrə açıq rayon birinciliyində Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri iştrak edərək yüksək naliyyətlər əldə etmişlər. Beləki idmançılarımız yarışda  3 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmışlar.

Qeyd edim ki, Masallı komandası bu yarışda məşqçi-müəllim Sadiq Ağayevin rəhbərliyi ilə 15 nəfər idmançı ilə təmsil olunurdu. Beləki idmançılarımızdan Zəhra Hüseynova 24 kq çəki dərəcəsində qızıl, Ramid Əsədullayev 36kq çəki dərəcəsində qızıl, Şəhanə Baxşiyeva 40kq çəki dərəcəsində qızıl, Füzuli Musayev 21kq çəki dərəcəsində gümüş, Ayhan Məmmədov 27kq çəki dərəcəsində gümüş, Ədiş Cəlilov 36kq çəki dərəcəsində gümüş, Hüseyn Səlimov 40kq çəki dərəcəsində gümüş, Murad Məmmədov 49kq çəki dərəcəsində gümüş, Malik Babayev 27kq çəki dərəcəsində bürünc, Elgiz Məmmədov 27kq çəki dərəcəsində bürünc və Murad Cahangirov 37kq çəki dərəcəsində bürünc medalla yarışı başa vurublar.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

   шаблоны для dle 11.2
Вернуться назад