Главная > İdman > Masallıda mini-futbol turnirinin açılış mərasimi keçirilib

Masallıda mini-futbol turnirinin açılış mərasimi keçirilib


1-10-2022, 06:47. Разместил: admin44

Sərçuvar kənd stadionunda Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım gününə və torpaqlarımızın azadılığı uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz,Vətən bölünməz” devizi altında gənclər arasında mini-futbol turnirinin açılış mərasimi olub.
             
Turnir iştirakçıları Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədövun büstü, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirə-bulağı ziyarət olunub, ruhlarına dualar oxunub, abidə-kompleksləri önünə gül dəstələri düzülüb.
       
Açılış mərasimindən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, yunan-Roma güləşi üzrə gənclərdən ibarət ölkə yığmasının üzvü, dəfələrlə ölkə çempionu, beynəlxalq turnirlərin qalibi, bu ilin sentyabrında Belqradda keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatının bürünc medalçısı (97 kq) Arif Niftullayev, Vətən müharibəsi şəhidləri Səməndər İsgəndərovun qardaşı Nahid İsgəndərov Elgün Mikayılovun atası Aqil Nağıyev , çıxış edərək iştirakşıları salamlayıb, turnirin keçirilməsində əsas məqsədin şəhidlərimizin xatirəsinin əziz tutulmasından, yerlərdə futbolun inkişafından ibarət olduğunu bildiriblər.
       
Sonra yarışların baş hakimi Seyran Babayevin hakimliyilə oyunlara start verilib. İlk olaraq meydana “Ərkivan” futbol komandası ilə “Birinci Yeddioymaq” komandası çıxıb. Qarşılaşma 7-2 hesabı ilə “Ərkivan” FK-nın xeyrinə başa çatıb. Digər oyunlar isə bu cür nəticələnib: “Kolatan” FK - “Eminli” FK 2-0,  “Qızılavar”FK - “Sərçuvar” FK 1-0..




“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад