Главная > İdman > Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində masterklass

Masallıda “İdman hamı üçün” layihəsi çərçivəsində masterklass


1-10-2022, 19:57. Разместил: admin44

Masallıda  “İdman hamı üçün” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə masterklas keçirilmişdir.

01 oktyabr  2022-ci il tarixdə  Masallı şəhər N.Gəncəvi adına parkda Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə   “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam Həyat” tərzinin təbliği ilə bağlı müxtəlif idman növləri üzrə masterklas keçirilmişdir.

Tədbirdə 100 nəfərdən çox iştirakçı iştirak etmişdir. Nümayiş etdirilən masterklaslar iştirakçıların və rayon sakinlərin marağına səbəb olmuşdur.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад