Главная > İdman > Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib

Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib


17-01-2018, 15:54. Разместил: yeni321
 
Masallıda sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilib
 
16-17 yanvar tarixlərində Masallı Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Yarışın açılış mərasimində rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Şaban Əliyev yarışın keçirilmə qaydaları barədə idmançıları məlumatlandırmış, onlara uğurlar arzulamışdır.
 
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev 1990-cı il 20 Yanvar gecəsində baş verənlər haqqında bəhs etmiş, bildirmişdir ki, Azərbaycan gənci bu tarixi milli məfkürəmizin oyanış günü kimi daim qürur və iftixar hissi ilə anmalıdır. İnanırıq ki, bu günün yeniyetmə idmançıları gələcəkdə ən mötəbər yarışlarda Azərbaycan Respublikasının üç rəngli bayrağını ən uca zirvələrdə dalğalandıracaqlar.
Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən ibarət hakimlər tərəfindən idarə olunmuşdur.
 
 
10 çəki dərəcəsində 100-ə yaxın idmançının iştrakı ilə keçirilən birincilik olduqca gərgin və mübarizə şəraitində keçmişdir.
Qaliblər təşkilat komitəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
 
Yeni həyat”,
 
www.yeniheyet.az 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад