Главная > İdman > Masallıda Mini-futbol turnirinə start verildi

Masallıda Mini-futbol turnirinə start verildi


4-10-2022, 19:10. Разместил: admin44

03 oktyabr  2022-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Ərkivan arena” da Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş , “Azərbaycan Respublikası Olimpiya Komitəsi-30 il” devzi  altında İdarə, müəsissə və təşkilatlar arasında mini-futbol üzrə rayon turnirinin açılış mərasimi keçirilmişdir.

Əvvəlcə  torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildiş.Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirin açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış eədərək tədbirin keçirilməsində əsas məqsədin futbol idman növünün inkişaf etdirilməsi, idmanın kütləviliyinin  təmin olunması və idarə, müəsissə və təşkilatlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdıraraq iştrakçılara uğurlar arzuladı.

Sonra meydana ilk olaraq “Azərişıq”FK-ı ilə “Polis şöbəsi” FK  qarşılaşdı, oyun 4-6 hesabı ilə “Polis şöbəsi” FK –nın xeyrinə başa çatdı.

Sonrakı oyunlara gəldirkdə: “İcra Hakimiyyəti” FK- “Vergi İdarəsi” FK   5-3, “UGİM” FK- “Uğur kursları” FK 2-2.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад