Главная > İdman > Masallı taekvondoçularının növbəti uğuru

Masallı taekvondoçularının növbəti uğuru


24-10-2022, 23:30. Разместил: admin44

Bakı şəhərində “18 oktyabr-Dövlət Müstəqilliyinin Bərpası Günü”nə həsr olunmuş Şərq əlbəyaxa döyüş növləri üzrə idman festivalı keçirilmişdir. Festivalda Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq-Gənclər İdman Məktəbinin taekvondo bölməsinin idmançıları 4 qızıl, 4 gümüş, 4 bürünc medal qazanmışlar.

Belə ki, Masallı idmançıları yarışın nəticələrinə əsasən 24 kq çəki dərəcəsində Əli Şükürzadə, 30 kq çəki dərəcəsində Zaur Rəsulzadə, 27 kq çəki dərəcəsində Zəhra Bayramova və 24 kq çəki dərəcəsində Zəhra Hüseynova qızıl, 30 kq çəki dərəcəsində Murad Şahverdiyev, 36 kq çəki dərəcəsində Ramid Əsədullayev, 33 kq çəki dərəcəsində Hüseyn Sadıqlı və 49 kq çəki dərəcəsində Murad Məmmədov gümüş, 24 kq çəki dərəcəsində Nəzir Məmmədəliyev, 33 kq çəki dərəcəsində Əli Alışov, 37 kq çəki dərəcəsində Əkbər Məmmədov və 59 kq çəki dərəcəsində Vüsal Vəliyev bürünc medala layiq görülmüşlər.

Qeyd edək ki, komandanın məşqçi-müəllimi Sadiq Ağayevdir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад