Главная > İdman > Masallıda “Zəfər kuboku” adlı cüdo idman növü üzrə rayon birinciliyi

Masallıda “Zəfər kuboku” adlı cüdo idman növü üzrə rayon birinciliyi


1-11-2022, 20:59. Разместил: admin44

Masallıda Zəfər Gününə həsr edilmiş “Zəfər kuboku” adlı cüdo idman növü üzrə rayon birinciliyi keçirilib

31 oktyabr- 01 noyabr 2022-ci il tarixlərdə  Masallı Rayon Gənclər və İdman İdarəsinin və təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı  cüdo idman növü üzrə uşaqlar və  azyaşlı yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Yarışın mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançıları Zəfər Günü münasibəti ilə təbrik edib tədbirin keçirilməsidə əsas məqsədin cüdo idman növünün rayonda təbliğ olunması və Zəfər gününü rayonda təntənəli surətdə qeyd olunmasından ibarət olduğunu bildirib.Sonda bir daha qalibləri təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Mükafatlandırılma mərasimində Azərbaycan Qazilər Şurasının üzvü, Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə qazisi Ağarəşid Talıbov və "Masallı electronics" firmasının rəhbəri Ruslan Bağışov çıxış edərək idmançılara uğurlar arzulamışlar

Birincilikdə  70-ə yaxın cüdoçu gücünü sınayıb.

Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.

           Birinciliyin  yekun nəticələrinə əsasən müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılara təşkilat komitəsinin diplom və medalları təqdim olunub.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад