Главная > İdman > Masallıda Şahmat idman növü üzrə rayon birinciliyi

Masallıda Şahmat idman növü üzrə rayon birinciliyi


5-11-2022, 23:30. Разместил: admin44

Masallıda Zəfər Gününə həsr edilmiş “Zəfər kuboku” adlı Şahmat idman növü üzrə rayon birinciliyinə yekun vuruldu.  
31 oktyabr - 04 noyabr 2022-ci il tarixlərdə Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı az yaşlı uşaqlar arasında şahmat idman növü   üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 120 şahmatçı  gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib. Birinciliyin yekun nəticələrinə əsasən ilk üç yeri tutan idmançılara təşkilat komitəsinin diplomları təqdim olunub.



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад