Главная > İdman > Masallıda Voleybol idman növü üzrə rayon turniri

Masallıda Voleybol idman növü üzrə rayon turniri


15-11-2022, 23:30. Разместил: admin44


Masallıda Voleybol idman növü üzrə rayon turniri keçirilib.

Masallı Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin, Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı və Mişkəmi kənd sakini Əliyev Həbib İsabala oğlunun dəstəyi ilə Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin idman zalında məktəbin mərhum fiziki tərbiyə müəllimi Nəcəfov Ağahüseyn İsamayıl oğlunun xatirəsinə həsr olunmuş kəndlərarası (oğlan və qızlar) arasında  voleybol idman növü üzrə rayon turniri keçirilib.

 Turnirin mükafatlandırılma mərtasimində Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Əlifəğa Yaqubov, Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbində məktəbin İlham Ağayev və ağsaqqallar çıxış edərək idmançılara turnirdə uğurlar arzulamışlar.

M Turnirin yekun nəticəsinə əsasən Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin həm qızlardan, həm də oğlanlardan ibarət komandaları birinci yerə. Türkoba kənd S.Vurğun adına tam orta məktəbinin oğlanlardan ibarət komandası ikinci yerə, Mahmudavar kənd tam orta məktəbinin qızlardan ibarər komandası ikinci yerə, Miyankü kənd N.Aslanov adına tam orta məktəbinin oğlanladran ibarət komandası üçüncü yerə layiq görülmüşlər

Sonda qaliblər mükafatlandırıldılar.





"Yeni həyat"  qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад