Главная > İdman > Masallı şahmatçıları zona yarışının mükafatçısıdır

Masallı şahmatçıları zona yarışının mükafatçısıdır


16-11-2022, 17:26. Разместил: admin44

Respublika birinciliyinə 5 şahmatçımız vəsiqə qazanıb.

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat idman növü üzrə Respublika birinciliyinin (11-15 noyabr) zona mərhələsi yarışları keçirilib.

Yarışın keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin şagirdləri arasında yaş qrupları üzrə ən güclü şahmatçıların müəyyən edilməsi, istedadlı şahmatçıların üzə çıxarılması, onların Mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Masallı Uşaq-Gənclər İdman-Məktəbinin direktoru Əlifağa Yaqubovun verdiyi məlumata əsasən Neftçala rayonunda təşkil olunan zona yarışında UGİŞM-nin 6 yaş qrupu üzrə oğlan və qızlardan ibarət 12 şahmatçısı iştirak edib. Səkkiz idmançımız uğurlu nəticə göstərib.

Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Laçın, 11 nömrəli UGİŞM komandalarından  412 idmançının mübarizə apardığı yarışda Masallı şahmatçılarından Aynil Əhmədli (6 yaş), Səccad Cəfərov (10 yaş), Miryusif Sadiqzadə, Nuray Qaraşlı (12 yaş), Ayşən Şahmarova (14 yaş) ikinci, Fazil Məhərrəmli (10 yaş), Aylin Qəniyeva (12 yaş), Zeynəb Quliyeva (16 yaş) üçüncü mükafata sahiblənib. İdmaçıları yarışa UGİŞM-nin məşqçi-müəllimi Famil Fərmanlı hazırlayıb.  

İlk üçlükdə qərarlaşan şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medalla təltif olunub.

Yarışlarda I və II yeri tutan idmançılar final mərhələsinə vəsiqə qazanıblar.

Yarışın final mərhələsi 4-11 dekabr tarixində "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində keçiriləcək. Birincilikdə I və II yeri tutan şahmatçılar Avropa və Dünya birinciliyinə vəsiqə qazanacaq.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад