Главная > İdman > Masallıda idmançılarla görüş

Masallıda idmançılarla görüş


17-11-2022, 18:11. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində Zəfər gününə həsr olunmuş Kyokshinkai karate idman növü üzrə açıq rayon birinciliyində uğurlu nəticə əldə etmiş bir qrup idmançılarla görüş keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları qazandıqları uğurlu nəticələrə görə təbrik edərək, hər zaman rayonumuzun və ölkəmizin idman şərəfini uca tutulmağı arzuladı.

Tədbirdə Valideyn Elsevər Gənciyev və başqaları çıxış edərək idmançılara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Sonda Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən idmançılar təşəkkürnamə ilə təltif olunub.

Qeyd edək ki, Bakı şəhərində Zəfər gününə həsr olunmuş Kyokshinkai karate idman növü üzrə 300-ə yaxın idmançının iştrakı ilə təşkil edilən açıq rayon birinciliyində Masallı karateçiləri uğurlu nəticə əldə edə bilib. 8 nəfər I yerə, 4 nəfər II yerə, 4 nəfər III yerə layiq görülüb
Xatırladaq ki, İdmançıların məşqçi-müəllimi Sabir Lətifovdur.



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад