Главная > İdman > Masallıda mini-futbol turnirinə yekun vurulmuşdur

Masallıda mini-futbol turnirinə yekun vurulmuşdur


28-11-2022, 23:30. Разместил: admin44

Masallı rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə Kolatan kənd stadionunda Şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinin final mərhələsi keçirildi.

 Tədbirin Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov,Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əlifağa Yaqubov,kənd ağsaqqalı Allahşükür Zeynalov,futbol veteranı Çingiz Həşimov və Mirələm Bağırov , Əməkrad məşqçi Süfəddin Məmmədov,idman müəllimi Xanəli Gənciyev və Xanhüseyn Musayev çıxış edərək idmançıları təbrik etmiş və turnirin keçirilməsində əziyyəti olan hər bir kəsə öz təşəkkürlərini bildirmişlər.

 12 komandanın mübarizə apardığı turnirdə “Kolatan” kənd komandası birinci yerə, “Ərkivan”komandası ikinci yerə, “Kolatan (Veteranlar)” və “Əzizabad” komandası üçüncü yerə layiq görülüb.

 Turnirdə qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və təşəkkürnamlər. birinci və ikinci yerlərə layiq görülmüş komandalara isə sponsorlar tərəfindən kubok, medal və pul mükafatı verilib.





“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад