Главная > İdman > Masallıda Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi

Masallıda Yunan-Roma güləş idman növü üzrə rayon birinciliyi


16-01-2023, 17:53. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş  yunan-Roma  güləş idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi   keçirilmişdir.

Yarışların keçirilməsində əsas məqsəd, 20 Yanvar şəhidlərinin xatirəsinin ehtiramla anılması, uşaqlar və yeniyetmələr arasında sağlam həyat tərzinin formalaşdırılması, dostluq əlaqələrinin möhkəmləndirilməsi, həmçinin idmanın kütləviliyinin təmin olunmasıdır.

10 çəki dərəcəsində 50 nəfərə yaxın idmançının  iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla  mükafatlandırılmışlar.




“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад