Главная > İdman > Masallıda Şahmat üzrə açıq rayon turniri

Masallıda Şahmat üzrə açıq rayon turniri


18-01-2023, 19:42. Разместил: admin44

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Şahmat üzrə açıq rayon turniri keçirilib.

18 yanvar 2023-cü il tarixdə Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş Şahmat üzrə açıq rayon turniri keçirilib

Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkil olunan yarışda əvvəlcə  20 Yanvar şəhidlərinin əziz  xatirəsi ehtiramla anılıb

80-ə yaxın idmançının qatıldığı turnirnirdə Masallı şahmatçıları ilə yanaşı Cəlilabad  şahmatçılarıda iştrak edib  .

Turnirin yekun nəticələrinə əsasən qalib və fərqlənən idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar şəhidlərinin əziz xatirəsinin yad edilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və şahmat  idman növünə marağının artırılmasıdır.



 “Yeni həyat” qəzeti,
www.yeniheyet.az          
   шаблоны для dle 11.2
Вернуться назад