Главная > İdman > Masallıda idman festivalı 2023

Masallıda idman festivalı 2023


30-01-2023, 17:27. Разместил: admin44

Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi”SXM-nin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkında  “2 fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə  “Gənclər həftəsi” çərçivəsində idman festivalı  keçirilib.

Festivalın keçirilməsində əsas məqsəd idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və gənclərin arasında fiziki aktivliyi artlrmaqdan ibarət olmuşdur.

Qeyd edək ki, festivalda  cüdo, taekvondo, boks,güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını göstəriblər.Həmçinin idmançılar, məşqçi müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkında yeni yaradılmış idman qurğularından istifadə ediblər.












“Yeni həyat” qəzeti,
www.yeniheyet.az          шаблоны для dle 11.2
Вернуться назад