Главная > İdman > Masallı voleybolçularının qələbələr seriyası davam edir

Masallı voleybolçularının qələbələr seriyası davam edir


20-02-2023, 15:34. Разместил: admin44

Birinci Liqa yarışlarının altıncı turuna yekun vurulub
 
Kişi voleybolçular arasında Azərbaycan çempionatının Birinci Liqasında altıncı turun oyunları çərçivəsində “Masallı” komandası növbəti qələbəsinə imza atıb.
Fevralın 19-da “Murov” voleybol klubunun idman zalında keçirilən qarşılaşmada “Masallı” voleybolçuları “Kontakt” komandası üzərində inamlı qələbə çalıb – 3:0.
Məlumat üçün bildirək ki, “B” qrupunda 15 xalla ikinci pillədə qərarlaşan “Masallı” komandasını lider “Təhsil”dən 3 xal ayırır.
Qeyd edək ki, iki qrup üzrə 16 komanda bir dövrədən ibarət olmaqla mübarizə aparacaq, qalib pley-off mərhələsində müəyyən olunacaq.



Akif Ağayev

“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад