Главная > İdman > Masallıda yunan-Roma və sərbəst güləş üzrə rayon turniri

Masallıda yunan-Roma və sərbəst güləş üzrə rayon turniri


20-02-2023, 15:36. Разместил: admin44

Masallıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş yunan-Roma və sərbəst güləş üzrə rayon turniri başa çatıb.

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş yunan-Roma və sərbəst güləş idman növləri üzrə məktəblilər arasında turnirə yekun vurulub.

Bədəlan və Miyankü kənd orta məktəblərinin idman zallarında təşkil olunan yarışlarda əvvəlcə faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, şagirdlərə ötən əsrin ən ağır qətliamı barədə məlumat verilib.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda Masallı pəhləvanları ilə yanaşı Lənkəran güləşçiləri də güclərini sınayıblar.

Turnirin yekun nəticələrinə əsasən ilk üç yeri tutan idmançılar təşkilat komitəsinin diplomları ilə mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, uşaq, yeniyetmə və gənclər arasında güləş idman növününün kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад