Главная > İdman > Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş idman yarışları
Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilmiş idman yarışları22-02-2023, 12:14. Разместил: admin44 |
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Xocalı soyqırımının otuz birinci ildönümünə həsr edilmiş voleybol, stolüstü tennis, futbol, şahmat, yunan-Roma və sərbəst güləş idman növləri üzrə məktəbli oğlan və qızlar arasında turnirlər keçirilib. Təşkil olunan yarışlardan əvvəlcə faciə qurbanlarının xatirəsi ehtiramla anılıb, şagirdlərə ötən əsrin ən ağır qətliamı barədə məlumat verilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışlarda rayonun orta ümumtəhsil məktəblərinin idmançıları güclərini sınayıblar. Turnirlərin yekun nəticələrinə əsasən ilk üç yeri tutan idmançılar, eləcə də komandalar tərəfimizdən müvafiq dərəcəli diplomlarla mükafatlandırılıb. Qeyd edək ki, yarışların keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin artırılması, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların zərərli vərdişlərdən yayındırılması və idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Əlifağa Yaqubov, Masallı UGİŞM-nin direktoru "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |