Главная > İdman > Masallılı cüdoçu veteranlar arasında ölkə çempionudur

Masallılı cüdoçu veteranlar arasında ölkə çempionudur


24-02-2023, 21:12. Разместил: admin44

Veteran cüdoçular arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən ölkə çempionatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda 3 yaş kateqoriyası üzrə 19 çəki dərəcəsində 88 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Masallı cüdo məktəbinin yetirməsi Hikmət Alışov (-100 kq) M1 yaş kateqoriyası üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yarışın keçirilməsində məqsədi usta cüdoçuların veteran cüdoçulardan ibarət yığma komandaya cəlb olunması, gənc nəslə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.

Məlumat üçün bildirək ki, Alışov Hikmət Əzizağa oğlu 4 iyun 1992-ci ildə Masallı şəhərində anadan olub. Orta təhsilini Masallı şəhər 1 saylı orta
məktəbində alıb. 1998-ci ildə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində UGİM-nin cüdo bölməsinə (məşqçi-müəllimi Xanağa Quliyev) qəbul edilib. İdmanla məşğul olduğu illərdə dəfələrlə cüdo və sambo idman növü üzrə Azərbaycan çempionatı və birinciliklərinin qalibi adına layiq görülüb.

2009-cu ildə Bolqarıstan Respublikasında keçirilən sambo üzrə dünya çempionatıda (98 kq) gümüş, 2011-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən cüdo üzrə Avropa kubokunda (90 kq) və 2012-ci ildə Rumuniya Respublikasında keçirilən cüdo üzrə Avropa çempionatında (90 kq) bürünc medal qazanıb.

Cüdo və sambo üzrə idman ustası, polis baş leytenantı Hikmət Alışov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimidir.
 



Akif AĞAYEV

 
 
“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад