Главная > İdman > Masallı taekvondoçusu Niderlandda qızıl medal qazanıb

Masallı taekvondoçusu Niderlandda qızıl medal qazanıb


12-03-2023, 19:11. Разместил: admin44

Eyndhoven şəhərində taekvondo üzrə açıq Niderland çempionatı keçirilib.

İki gün davam edən yarışın (11-12 mart) ilk günü kişilərdən ibarət Azərbaycan milli komandası üçün uğurlu alınıb. İdmançılarımız iki qızıl, bir gümüş medal qazanıblar.

Komandamızın heyətində Rahid Vəliyev (54 kq) dayanq üzərində keçirdiyi beş görüşdə bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Məlumat üçün bildirək ki, hazırda ölkə yığmasının üzvi olan Rahid Vəliyev Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin yetirməsidir.



Akif Ağayev


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад