Главная > İdman > Masallı pəhləvanı ölkə çempionudur

Masallı pəhləvanı ölkə çempionudur


30-03-2023, 22:08. Разместил: admin44

Sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçirilir.

Yarışların ikinci günündə sərbəst güləş üzrə 97 kiloqram çəki dərəcəsində mübarizə aparan Zəfər Əliyev uğurlu nəticə göstərməyə müvəffəq olub. Belə ki, o, keçirdiyi üç görüşün hər birində rəqibi üzərində inamlı qələbə (10:0, 10:0, 11:0) çalaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  

Məlumat üçün bildirək ki, bu gün respublika çempionu adını qazanan Zəfər Əliyev Masallı rayon Gənclər və İdman İdarəsi nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Təhmasib İsayevin yetirməsidir.
 


Akif AĞAYEV


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
 



шаблоны для dle 11.2
Вернуться назад