Главная > İdman > Masallıda “Şahin” hərbi-idman oyununa hazırlıq

Masallıda “Şahin” hərbi-idman oyununa hazırlıq


31-03-2023, 18:19. Разместил: admin44

Masallıda “Şahin” hərbi-idman oyununa hazırlıq məqsədi ilə bağlı tədbir keçirilib.

Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Masallı Gənclər Evi" SXM-də rayonun ümumtəhsil məktəblərində çalışan gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbərləri ilə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahngirov gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, onların həm mənəvi-psxoloji, həm də fiziki cəhətdən, çağırışaqədərki hərbi hazırlıq səviyyəsinin yoxlanılmasında “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyətindən danışmış, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləmişdir.

Daha sonra Masallı rayon Təhsil sektorunun nümayəndəsi Əyyar Burhanov və gənclər və idman idarəsinin rəis müavini Oktay Mütəllimov hərbi-idman oyununun keçirilməsində qarşıda duran vəzifələr barədə, tədbirin mərhələləri, tədbirin əsasnaməsində edilən bir sıra yeniliklər barədə iştirakçıları məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar. Tədbirdə hərbi-idman oyununun keçirilməsinə aid bir sıra məsələlər müzakirə edilmiş, irəli sürülən təkliflərlə bağlı müvafiq tövsiyyələr verilmişdir.





“Yeni həyat” qəzeti
www.yeniheyet.az


шаблоны для dle 11.2
Вернуться назад