Главная > İdman > Masallı güləşçisi ölkə çempionatının gümüş medalını qazanıb

Masallı güləşçisi ölkə çempionatının gümüş medalını qazanıb


3-04-2023, 20:42. Разместил: admin44

Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatı davam edir.
Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə qoşulan Masallı idmançısı Əmrah Əmrahov (45 kq) respublika çempionatının gümüş medalına sahib olub.

Məlumat üçün bildirək ki, yeniyetmələrdən ibarət ölkə yığmasının üzvü Əmrah İltizam oğlu Əmrahov Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Qismət Əkbərovun yetirməsidir.
 

Akif AĞAYEV


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад