Главная > İdman > Üç masallılı pəhləvan Azərbaycan çempionatının gümüş medalını qazanıb

Üç masallılı pəhləvan Azərbaycan çempionatının gümüş medalını qazanıb


24-02-2018, 17:00. Разместил: yeni321
 
Üç masallılı pəhləvan Azərbaycan çempionatının gümüş medalını qazanıb

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı (20-23 fevral) başa çatıb.
Yarışın keçirilməsində əsas məqsəd ölkədə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
  
Bu il Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək III Olimpiya Oyunlarında yeniyetmə güləşçilərin maksimal heyətlə iştirakı ilə əlaqədar yığma komandalara seçim xarakterli Azərbaycan çempionatında respublikanın klub və cəmiyyətlərindən 1998-2003-cü il təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparıb.
 
Üç masallılı pəhləvan – yunan-Roma güləşi üzrə Asiman Quliyev (65 kq), sərbəst güləş üzrə Babək Hüseynli (60 kq) və Rahid Həmidli (97 kq) fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
 
Akif AĞAYEV,
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад