Главная > İdman > Masallı taekvondoçusu 4-cü dəfə Azərbaycan çempionu oldu
Masallı taekvondoçusu 4-cü dəfə Azərbaycan çempionu oldu24-02-2018, 20:30. Разместил: yeni321 |
Masallı taekvondoçusu 4-cü dəfə Azərbaycan çempionu oldu Azərbaycan Taekvondo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə taekvondo idman növü üzrə gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatı (21-25 fevral) keçirilir. Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən yarışlarda paytaxt və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar. Birincilik və çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır. Bu gün, yarışın dördüncü günü Masallı Rayon Gənclər və İdman İdarəsi Taekvondo Klubunun yetirməsi Samir Məhərrəmov 59 kiloqram çəki dərəcəsində bütün rəqiblərindən güclü olduğunu sübut etmiş, gənclər arasında respublika çempionu adını qazanmışdır. Qeyd edək ki, Samir yeni qələbəsi ilə 4-cü dəfə bu titulu təzələyir. Yarışlara sabah yekun vurulacaq. AKİF. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |