Главная > İdman > Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib


16-11-2017, 20:03. Разместил: yeni321

Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib


Oktyabrın 20-də Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və idman naziri Azad Rəhimov Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.
20-dən çox vətəndaşın iştirak etdiyi qəbulda idman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi və s. məsələlər olub.
Gənclər sahəsində olunan əsas müraciətlərə isə qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin tikintisi və təmiri daxildir.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.
Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.шаблоны для dle 11.2
Вернуться назад