Главная > İdman > Masallıda Boks idman növü üzrə açıq rayon birinciliyi

Masallıda Boks idman növü üzrə açıq rayon birinciliyi


18-04-2023, 17:23. Разместил: admin44

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş boks idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilmişdir.

Müxtəlif çəki dərəcəsində 90 nəfərə yaxın uşaq və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.

İki gün davam edən yarışda Masallı rayon idmançıları ilə yanaşı Lənkəran şəhərini təmsil edən idmançılarda iştrak etmişdirlər.

Birincilikdə qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.




“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад