Главная > İdman > Masallı futbolçuları rəqiblərindən ən güclü olduqlarını sübut edirlər

Masallı futbolçuları rəqiblərindən ən güclü olduqlarını sübut edirlər


27-02-2018, 17:05. Разместил: yeni321

Masallı futbolçuları rəqiblərindən ən güclü olduqlarını sübut edirlər
 
Azərbaycan Futbol Federasiyası Assosiasiyasının bayrağı altında uşaq və yeniyetmələr arasında respublika birinciliyi davam edir. Yarışlar iki – seçmə və final mərhələsi sistemində keçirilir. Birinciliyin keçirilməsində məqsəd azyaşlılar arasında futbolun təbliği və kütləviliyi, futbolçuların ustalığının yüksəldilməsi, onların klublar üçün hazırlanması və komandalara cəlb olunmasıdır.
Rayonumuzu təmsil edən “Masallı” UGİM (Masallı), “Viləş”, “Boradigah” və “Ərkivan” komandaları Cənub Regional Futbol Federsiyasının Lənkəran və Cəlilabad zonası üzrə yarışlara qatılıb.
Birincilikdə müxtəlif yaş qrupları üzrə iştirak edən Masallı futbolçuları heç də rəqiblərindən geri qalmırlar.
Futbolçularımız bütün oyunları Lənkəran və Cəlilabad şəhər UGİM-nin stadionlarında keçirirlər. Artıq yeni mövsümün XIII turuna yekun vurulub.
“Masallı” U-10 (bombardir KərimTağıyev-18 qol), U-12 (bombardir Rafail Kərimov -10 qol), U-13 (bombardir Əli Müzəffərov-10 qol), “Viləş” (Masallı) U-14 (bombardir Rüfət Tahirov-12 qol) komandaları öz qruplarında rəqiblərindən ən güclü olduqlarını sübut edirlər.
“Ərkivan” U-10, U-12, “Boradigah” Gİİ U-13 (bombardir Ravil Qafarov-17 qol) komandaları qrup liderlərini izləyirlər.
Baksel U-14 liqası üzrə Cənub Elit yığması, Region liqası üzrə isə “Alyans” FK (Cənub RFK) öz qruplarında ikinci pillədə qərarlaşıblar.

  AKİF.
Yeni həyat”,
 
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад