Главная > İdman > Masallıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş voleybol turniri

Masallıda Ulu Öndərin 100 illiyinə həsr olunmuş voleybol turniri


28-04-2023, 19:50. Разместил: admin44

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, Masallı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş voleybol idman növü üzrə rayon turnirinə yekun vurulub.

Bir neçə gün davam edən yarışların final oyunları Masallı Olimpiya İdman Kompleksində təşkil olunub.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ulu Öndərin və vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı rayonu üzrə təhsil sektorunun böyük məsləhətçisi Samit İslamov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı UGİŞM-nin direktoru Əlifağa Yaqubov Azərbaycan idmanının ən böyük himayədarı Ulu Öndər Heydər Əliyev haqqında xatirə turnirinin iştirakçılarına məlumat verib, onlara uğurlar arzulayıblar.

Bildirilib ki, turnirin keçirilməsində məqsəd Ulu Öndər irsinin məktəbli idmançılar arasında təbliği, respublika miqyaslı yarışlara hazırlıqla əlaqədar məktəblilərdən ibarət rayon yığma komandası heyətinin müəyyən edilməsi, uşaq, yeniyetmə və gənclər arasında voleybol idman növünün kütləviliyinin artırılmasıdır.

Gərgin mübarizə şəraitində keçən yarışların sonunda S.Vurğun adına Türkoba kənd tam orta məktəbinin komandası birinci, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin komandası ikinci, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı və C.Kazımov adına Qodman kənd tam orta məktəblərinin komandaları isə üçüncü yerə layiq görüldülər.

Qalib komandalar təşkilat komitəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunub.





Akif AĞAYEV



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад