Главная > İdman > Masallı pəhləvanları beynəlxalq turnirin mükafatçılarıdır

Masallı pəhləvanları beynəlxalq turnirin mükafatçılarıdır


1-05-2023, 16:55. Разместил: admin44
 
Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" beynəlxalq turnirinə start verilib.

Yarışın ilk günündə Azərbaycan milli yığmasının üzvləri uğurlu nəticələr göstəriblər. Gənc güləşçilərimizdən dördü fəxriyə kürsüyə qalxıb. Belə ki, mötəbər turnirdə respublikamızı təmsil edən iki Masallı pəhləvanı - qadın güləşində Ruzanna Məmmədova (55 kq) gümüş, sərbəst güləşdə isə Zəfər Əliyev (97 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, ənənəvi turnir mayın 2-dək davam edəcək.

 


Akif AĞAYEV



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад