Главная > İdman > Masallıdan olan ikiqat dünya çempionu bu dəfə Avropanı fəth elədi

Masallıdan olan ikiqat dünya çempionu bu dəfə Avropanı fəth elədi


7-05-2023, 11:44. Разместил: admin44
 
Uşaqlıq illərindən idmana olan marağı Babəki 11-12 yaşında ikən karate üzrə məşqlərə qatılmağa sövq edib. Bu yolda ona Bakı şəhəri Xətai rayonundakı “Araz” idman klubunun məşqçi-müəllimləri Səyavuş Bayramov və Vüsal İsrafilov bələdçilik ediblər.

2015-2017-ci illərdə karate idman növü üzrə respublika çempionu, müxtəlif illərdə isə Azərbayan birinciliklərinin, Türkiyə, Bolqarıstan, Ukrayna, Xorvatiya, Gürcüstan, İran, Rusiya, Azərbaycan və digər ölkələrdə keçirilən beynəlxalq tunirlərin mükafatçısı olub.

2015-2018-ci illərdə Azərbaycan Milli Karate Federasiyası yeniyetmə və gənclərdən ibarət ölkə yığmasının üzvü olan Babək Qələmzadə 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə, 2018-ci ildə isə Türkiyənin İstanbul şəhərində keçirilən yeniyetmə və gənclər arasında karate do şotokan üzrə dünya çempionatlarının qızıl medalını qazanıb.
2023-cü ilin 28-30 aprel tarixində Bolqarıstanda WSF üzrə 13-cü Avropa çempionatında qitə çempionu tituluna sahiblənib. O, bu möhtəşəm qələbəsini şəhidlərimizin əziz xatirəsinə həsr edib...

Haqqında bəhs etdiyim Babək Nurəhməd oğlu Qələmzadə 24 iyun 2000-ci ildə Masallı rayonunun Tatyanoba (Güllütəpə ərazisi) kəndində anadan olub. Güllütəpə kənd, Bakı şəhəri 257 nömrəli tam orta məktəblərində təhsil alıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına (məşqçi-müəllim ixtisası üzrə) qəbul olub.

Full kontakt karate və point karate döyüş növlərinin texnika, metodika və mənəvi dəyərlərinə, eləcə də bütün döyüş biliklərinə mükəmməl səviyyədə yiyələndiyinə görə Dünya Full Kontakt Karate Birliyi (WFKU) Azərbaycan nümayəndəliyinin idarə heyəti Babək Qələmzadəni Bakı şəhəri, Xətai rayonu üzrə rəsmi nümayəndə təyin edib və bu regionda nümayəndəliyin filialı kimi fəaliyyət gəstərməsinə icazə verib.

Uğurlu idman karyerası ilə yanaşı Babək Qələmzadə eyni zamanda “Araz” idman klubunda məşqçi-müəllim kimi çalışır. Bir neçə yetirməsi respublika birincilikləri və turnirlərin, mötəbər yarışların qalibidir.

Babək və onun yetirmələri bundan sonra da beynəlxalq yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Azərbaycan himnini səsləndirmək, ölkə idmansevərlərinə yeni qələbələr sevinci bəxş etmək əzmindədirlər.
 





Akif AĞAYEV


"Yeni həyat"  qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад