Главная > İdman > Taekvondo üzrə rayon birinciliyi

Taekvondo üzrə rayon birinciliyi


8-05-2023, 20:59. Разместил: admin44

Masallıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan taekvondo üzrə rayon birinciliyi keçirilib

Masallı Regional Taekvondo Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar az yaşlı uşaqlar və yeniyetmələr arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.

 Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək keçirilən yarışın məqsədi ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutmaq həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, taekvondo idman növünü inkişaf etdirmək, idmançıların texniki və fiziki hazırlıq səviyyəsini yüksəltmək olduğunu bildirib.

 Beynəlxalq Taekvondo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda qızğın mübarizə sonunda qaliblər diplom və medallarla mükafatlandırılıb.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад