Главная > İdman > "Ərkivan” (Masallı) FK Bakı təmsilçilərini darmadağın edib – 12:0

"Ərkivan” (Masallı) FK Bakı təmsilçilərini darmadağın edib – 12:0


15-05-2023, 10:04. Разместил: admin44

AFFA-nın Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu yeni mövsümdə ilk iki oyununu qələbə ilə yekunlaşdıraraq “D” qrupunda liderliyini möhkəmlədib.

Bakı şəhərinin təmsil edən “Ramana” futbol klubunu mayın 14-də doğma meydanda, Ərkivan qəsəbə stadionunda qəbul edən Masallı təmsilçiləri rəqib komanda üzərində  12:0 hesablı möhtəşəm qələbə qazanıb.

Gənc futbolçulardan Hüseyn Bayramov (3 qol), Emil Həsənov (3 qol), Rafael Həsənov (2 qol), Rəhman Murtuzayev (2 qol), Rəvan Murtuzayev (2 qol) fərqləniblər.

Masallı təmsilçiləri növbəti oyununu səfərdə, mayın 21-də (saat 17:00) “Abşeron OİK”də “Gənclər FM” (Bakı) ilə keçirəcək.
 





Akif AĞAYEVшаблоны для dle 11.2
Вернуться назад